kriminal.az
"Mall"larda parkinq qiyməti qalxdı - SİYAHI

"Mall"larda parkinq qiyməti qalxıb. 16 dəqiqə parklamanın qiyməti 2 manata bərabərdir.

Kriminal.az xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov məlumat yayıb.

O bildirib ki, "15 dəqiqə pulsuzdur" sisteminin işləməsi üçün 1 dəqiqə tez çıxışa çatmaq lazımdır.

"Misal üçün, 14 dəqiqədə çeki vursanız, deyəcək, "PULSUZ" tərk edin. Amma şlaqbauna çatanda sistem deyəcək: "Sorry, ödəniş et!" Niyə? Çünki çeki oxutdurandan sonra vaxt dayanmır! Bir sözlə, parkinqi pulsuz tərk etmək üçün şlaqbauna 15 dəq. əvvəl çatmalısınız", - o qeyd edib.

Top
0.061087846755981