Eyni kənddə yaşasalar da, fəqli ölkənin vətəndaşlarıdır.
Kriminal.az xəbər verir ki, söhbət Türkiyə ilə Gürcüstan sərhədində yerləşən kənddən gedir.
Belə ki, kənd 1921-ci ildə Türkiyə-Gürcüstan sərhədi çəkilərkən bölünüb.
Kəndin Türkiyə ərazisində qalan hissəsinə Sarp, Gürcüstanda qalan hissəsinə isə Sarpi adı verilib.
İçindən keçən çayın ikiyə bölündüyü kənddə eyni ailənin üzvləri iki fərqli ölkədə yaşamalı olub.
Yerli əhali müxtəlif ölkələrin vətəndaşları olmasına baxmayaraq, 104 ildir ki, qohumluq əlaqələrini və mədəni əlaqələrini qoruyub saxlayır.
Sarp kənd muxtarı Yalçın Çakır bildirib ki, sərhəd çəkiləndə kəndin bir hissəsi dövrün Sovet İttifaqına, digər hissəsi isə Türkiyəyə verilib.
Muxtar deyib ki, kəndlilərin 1936-cı ilə qədər “pasavan keçidləri” (qonşu bölgələrin sərhədləri daxilində qısa müddətli gediş-gəlişi təmin edən sənəd) vasitəsilə bir-birləri ilə görüşüb.
Y.Çakırın sözlərinə görə, bu tarixdən sonra sərhəd tamamilə bağlanıb, hətta 1988-ci ilə qədər xüsusi icazə olmadan birinci dərəcəli qohumların bir-birləri ilə görüşə bilməyib.
1988-ci ildə Sarp Sərhəd Qapısının açılması ilə əlaqələr bərpa edilib.
Qeyd edilib ki, Sarp kəndinin sakinlərinin 80%-nin Sarpidə qohumları yaşayır.
Billurə