kriminal.az
Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Qablaşdırmanın üzərində təbiət mənzərələri, bulaq, çeşmə və dağ təsvirləri var… Lakin beşmərtəbəli binanın zirzəmisindən çıxarılır.

Kriminal.az xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonu Ağa Yusif Dadaşov ünvanındandır. Müxtəlif adlar və markalarda olan su qablarının əksəriyyətinin ağzı açıq, toz içindədir. Su daşıyan maşınlar da həmçinin. Ətrafı da məişət tullantıları bürüyüb.

Zirzəminin qarşısında 4 maşına su yüklənirdi. Sürücülərin bildirdiyinə görə, onlar suyu sifarişlə aparırlar.

Məhəllə sakinləri də bu şirkətdən su almadıqlarını deyirlər. Hətta satış üçün aparılan qablardakı suyun krantdan doldurulduğu da iddia edilir.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, həmin çıxarışın olmasına baxmayaraq, məhsulun etiketində mərkəzəşdirilmiş su xəttinə verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması faktı bəyan olunmalıdır. Əks tədqirdə bu yolverilməzdir. Agentliyin Bakı Regional bölməsi “Araz su” əmtəə nişanlı minerallaşmış su satışı ilə məşğul olan şirkətin fəaliyyətini araşdıracaq. Nəticəsi ilə bağlı da ictimaiyyətə məlumat veriləcək.(xəzərxəbər)

Top
0.061611890792847