kriminal.az
Tramp və Zelenski Kanadada görüşə bilər

Kiyev Kanadada keçirilən G7 sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında görüş keçirəcəyini gözləyir.

Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu prezident aparatının rəhbəri Andriy Yermak deyib.

Yermakın sözlərinə görə, baş nazirin birinci müavini Yuliya Svırıdenkonun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 3-dən 5-dək ABŞ-də olub və onun tapşırıqlarına digər məsələlərlə yanaşı, görüşə hazırlıq da daxildir.

ABŞ hələ ki, görüşün baş tutacağını rəsmən təsdiqləməyib.

Həmidə İbrahimova

Top
0.060665130615234