kriminal.az
Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ-yə hücum

Çin Yəməndə həm birbaşa, həm də dolayısı ilə, xüsusilə husilərin imkanlarını gücləndirmək baxımından təsirini artırır. 

Kriminal.az xəbər verir ki, bu barədə Qətərin “Əl Ərəbi əl-Cədid” qəzeti Qərb rəsmilərinə istinadən bildirir.

Qeyd olunur ki, bu, husilərin əvvəllər Rusiya və İrandan əldə etdikləri silahlardan istifadə etdiyi halda, ABŞ-la son qarşıdurmada Çin silahlarından istifadə etmələrində açıq şəkildə özünü göstərir.

Eyni zamanda, Yəmən hərbi mənbələri nəşrə bildiriblər ki, Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti və ərəb koalisiyası qüvvələri son illərdə İran və ya Çindən gətirilən bir neçə partiya silah və komponentləri müsadirə edib.

Xatırladaq ki, Qərb mediası İranın Çindən yüzlərlə ballistik raket üçün komponentlər sifariş etdiyini, bəzilərinin sonradan Yəmən husiləri də daxil olmaqla İslam Respublikasının dəstəklədiyi təşkilatlara təhvil verildiyini bildirmişdi.

Bundan əlavə, ABŞ bəyan edib ki, Çin şirkəti Husilərə Amerika döyüş gəmilərinə hücum etməkdə kömək edir.

Elvin
Kriminal.az

Top
0.086687088012695