I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-dək uzadılıb.
Kriminal.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd2/) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər.