İyunun 9-na keçən gecə Rusiya Ukraynaya genişmiqyaslı hücuma keçib və nəticədə bütün ölkə ərazisində həyəcan siqnalı çalınıb.
Kriminal.az xəbər verir ki, hücumdan daha çox Rivne bölgəsi ziyan çəkib.
Hərbi Hava Qüvvələri bütün Ukrayna ərazisində yeni hava hücumu xəbərdarlığı elan edib: "Ukrayna boyu raket təhlükəsi! MiQ-31K uçuşu!"
Buna cavab olaraq Ukrayna tərəfi də Rusiyanı hədəf alıb. Nəticədə ruslara məxsus raket və PUA Çeboksarı şəhərinin mərkəzində raketlər və dronlar üçün antenalar istehsal edən zavodda parlayış baş verib.
Verilən məlumata görə, partlayış nəticəsində zavod fəaliyyətini dayandırıb.
"VNIIR ASC-nin ərazisində iki PUA qəzaya uğrayıb, bu səbəbdən istehsalın dayandırılması barədə qərar qəbul edilib", - regionun rəhbəri Oleq Nikolaev bildirib.
ASTRA talegram kanalının məlumatına görə, bu zavod Ukraynanın elektron müharibə sistemlərinə qarşı Rusiya müdafiəsinin əsas elementi olan qanadlı və ballistik raketlər üçün “Kometa” antenaları, eləcə də hücum PUA-ları üçün istehsal edir.
Mürtəza
Kriminal.az