Güclü qasırğa ABŞ-nin Texas ştatının şimal hissəsinin 160 mindən çox sakinini işıqsız qoyub.
Kriminal.az xəbər verir ki, bu barədə Oxu.Az "The Washington Post" qəzetinə istinadla xəbər verir.
Məlumata görə, küləyin sürəti 35 m/s-ə çatıb. Qasırğa onlarla elektrik xəttini qoparıb, şəhər infrastrukturuna ziyan vurub.
Əlverişsiz hava şəraitinin Texasda həftə boyu davam edəcəyi gözlənilir.
Qasırğalar digər ştatlara da keçə bilər, Luiziana, Missisipi, Alabama, Corciya və Tennessi ştatları risk altındadır.