Nyu-York polisi ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətinə qarşı etiraz aksiyaları zamanı onlarla insanı saxlayıb.
Kriminal.az xəbər verir ki, şəhərin mərkəzində Tramp əleyhinə etiraz aksiyası davam edir.
Etirazçılar küçələrə “Rədd olsun ICE - İmmiqrasiya və Gömrük Mühafizəsi”, “Burada yeganə qanunsuz olan Trampdır” və “ICE-yə yox deyirik” yazılı lövhələrlə çıxıblar. Ərazidə çoxsaylı polis var.
Polis Trampa məxsus göydələn olan “Trump Tower”də bəzi etirazçıları saxlayıb. Onlar binanın foyesini zəbt ediblər və hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə baxmayaraq, oranı tərk etməkdən imtina ediblər.
Nyu-Yorkdakı bu aksiyalar Los-Ancelesdə (Kaliforniya) etirazçılara dəstək məqsədilə keçirilir.
Mürtəza
Kriminal.az