kriminal.az
İran Prezidenti Belarusa rəsmi səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian iyunun sonunda Belarusa rəsmi səfər edəcək.

Kriminal.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov MDBMİ tələbələri ilə görüşündə bildirib.

“Avrasiya İqtisadi Birliyinin Ali İqtisadi Şurasının 26-27 iyunda keçiriləcək iclası çərçivəsində İran Prezidentinin də rəsmi səfəri olacaq. O, təkcə AİB xətti üzrə bu tədbirdə və tədbiri müşayiət edəcək iqtisadi forumda iştirak etməyəcək, bu həm də onun rəsmi səfəri ilə birləşdiriləcək”, - o deyib.

Rıjenkovun sözlərinə görə, Tehran və Minsk bir çox beynəlxalq məsələlərə eyni gözlə baxırlar. Bundan əlavə, İran Belarus üçün logistika və Belarus mallarının çatdırılması baxımından vacibdir.

“Biz İran ərazisindən keçən “Şimal-Cənub” dəhlizinin inkişafını izləyirik, çünki bunun mallarımızı həm Hindistan, həm də Cənub-Şərqi Asiyaya çatdırmaq imkanlarımızı artıracağına çox ümid edirik”, - nazir əlavə edib.

Top
0.062322854995728