Ermənistanın Basarkeçər bölgəsində, Çəmbərək şəhərində çoxmərtəbəli binada partlayış baş verib.
Kriminal.az xəbər verir ki, partlayış nəticəsində xeyli sayda insan xəsarət alıb.
Hadisə çoxmərtəbəli binanın üçüncü mərtəbəsində qaz sızması nəticəsində baş verib. Bir nəfərin öldüyü, 9 nəfərin isə yaralndığı bildirilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alan 10 nəfər yerli tibb məntəqəsinə yerləşdirilib.
Məlumatda o da qeyd olunur ki, dağıntılar altında azı 4 nəfər qalıb və onların axtarışları davam edir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qazın partlaması nəticəsində 4, 3 və 2-ci mərtəbələrdəki mənzillər uçub. Girişin yanında yerləşən mənzillər də qismən dağılıb.
Mürtəza
Kriminal.az