kriminal.az
Nyu-Yorkda keçirilən aksiyalarda 65 nəfər saxlanılıb

ABŞ-nin Nyu-York şəhərində Miqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni mühacirlərə dəstək nümayişləri zamanı 65 nəfər saxlanılıb.

Kriminal.az "New York Post"a istinadla xəbər verir ki, minlərlə insan ICE-nin şəhər və ölkə daxilində davam edən deportasiyalarına etiraz etmək üçün Aşağı Manhettendəki Foley meydanına toplaşıb.

“ICE-ni dağıdın” və “ICE, Nyu-Yorkdan rədd ol” yazılı plakatlar daşıyan nümayişçilər “Kərpic-kərpic, divar-divar, bu irqçi sistem dağılmalıdır!” şüarları ilə Federal Plaza ətrafında yolları bağlayaraq irəlilədilər.

Axşam saatlarında etirazların nəzarətdən çıxması ilə Nyu-Yorkda polislə nümayişçilər arasında şiddətli toqquşma baş verib. Nümayişçilər polisə su şüşələri və müxtəlif əşyalar atarkən, polis bibər qazı ilə müdaxilə edib.

Hadisələr zamanı saxlanılan 65 nəfərin “ictimai asayişi pozmaq” maddəsi ilə ittiham olunduğu və saxlanılanların sayının arta biləcəyi bildirilib.

Həmidə İbrahimova

Top
0.074445009231567