Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi gələcək müdafiə büdcəsində azaldılacaq.
Kriminal.az "Associated Press"ə istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Hegset məlumat verib.
Bu, gələcəkdə Kiyevin Rusiya raketlərinin davamlı hücumlarına qarşı mübarizədə mühüm rol oynayan hava hücumundan müdafiə sistemlərini daha az miqdarda ala biləcəyi anlamına gələ bilər.
“Bu, büdcənin azaldılmasıdır. Administrasiya bu münaqişəyə tamamilə fərqli prizmadan yanaşır. Biz hesab edirik ki, sülh yolu ilə danışıqlar əsasında nizamlanma həm hər iki tərəfin, həm də ölkəmizin maraqlarına uyğundur – xüsusən də dünyada mövcud olan bütün rəqabətli maraqları nəzərə alaraq,” – deyə Hegset bildirib.
Qeyd edək ki, ABŞ 2022-ci ilin fevral ayından bəri Ukraynaya 66 milyard dollardan çox yardım göstərib.
Həmidə İbrahimova