ABŞ Daxili Təhlükəsizlik Departamenti yüz minlərlə miqranta ölkədə yaşamaq və işləmək icazələrinin ləğv edildiyini və ölkədən getməli olduqlarını bildirən məktub göndərib.
“Kriminal.az ” xəbər verir ki, bu barədə bildirişin surətinə istinadən CNN məlumat yayıb.
Bunlar keçmiş prezident Co Bayden administrasiyasının başlatdığı humanitar proqram çərçivəsində ABŞ-a daxil olan Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşlarıdır.
Ümumilikdə, “CHNV” kimi tanınan proqram çərçivəsində 530 000-dən çox insan humanitar yardım alıb.
Proqram iştirakçılarının elektron poçt ünvanlarına göndərilən sənəddə deyilir: “Bununla sizə humanitar giriş icazənizin ləğv edildiyini bildiririk. Əgər ölkəni tərk etməsəniz, sizə qarşı şəxsi məsələləri həll etmək imkanı olmadan həbs və deportasiya daxil olmaqla, icra tədbirləri görülə bilər”.