kriminal.az
Hələlik heç bir razılaşma yoxdur - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, həm Rusiya, həm də Ukraynadan məyusdur, çünki münaqişənin sülh yolu ilə həlli ilə bağlı hələlik heç bir razılaşma yoxdur.

Kriminal.az ” xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Rusiyadan və Ukraynadan da çox məyus oldum. Çünki düşünürəm ki, sövdələşmələr əldə oluna bilərdi. Qan tökülməsini dayandırmaq üçün bunu əldə etməyimiz çox vacibdir”, - Tramp deyib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya həftədə 5-6 min insan itirir. Tramp qeyd edib ki, ölənlərin əksəriyyəti hərbçilərdir, amma aralarında mülki şəxslər də var.

Top
0.058849096298218