kriminal.az
"İran-İsrail qarşıdurmasından Ukrayna ciddi zərbə alacaq"

İsrailin İran ərazisinə endirdiyi raket zərbələri nəticəsində Yaxın Şərqdə yaranan gərginliyin Ukrayna üçün mənfi nəticələri olacaq.

Kriminal.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Yaxın Şərqdəki münaqişə Qərb ölkələrinin diqqətini və resurslarını Ukraynadan yayındıracaq. Üstəlik, neftin qiymətinin qalxması Rusiya iqtisadiyyatını gücləndirəcək və eyni zamanda Kiyevin əsas donorları olan Aİ ölkələrinin iqtisadiyyatını zəiflədəcək.

Nəşr yazır ki, ABŞ prezidenti Tramp da Rusiya-Ukrayna münaqişəsindən uzaqlaşa və diqqətini Yaxın Şərqə yönəldə bilər.

Top
0.060744047164917