Slovakiyada insanlar üçün təhlükə yaradan 60-dan çox ayı zərərsizləşdirilib.
Kriminal.az xəbər verir ki, bu barədə respublikanın ətraf mühit naziri Tomaş Taraba feysbukdakı səhifəsində yazıb.
Onun sözlərinə görə, söhbət ölkə sakinləri üçün təhlükə yaradan 64 yırtıcıdan gedir. Son günlər Slovakiyanın şimalında səkkiz ayı məhv edilib. T.Taraba yırtıcıların sayının artması ilə bağlı problemin uzun illərdir, həll olunmamasına diqqət çəkib.