İsrail Müdafiə Qüvvələri İranda silah fabrikləri və ya anbarlarının yaxınlığında yaşayan iranlıları evlərini tərk etməyə çağırıb.
Kriminal.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Aviçai Adrai məlumat verib.
"Təhlükəsizliyiniz üçün sizdən bu əraziləri dərhal tərk etmənizi və növbəti bildiriş gələnə qədər geri qayıtmamanızı xahiş edirik", - məlumatda bildirilib.
Bundan əvvəl CNN məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, İsrailin İrana qarşı hərbi əməliyyatı bir neçə həftə davam edəcək.