İranın ali lideri Ayətullah Əli Xamenei Tehranın şimal-şərqində yerləşən Ləvizan bölgəsindəki bunkerə köçürülüb.
Kriminal.az xəbər verir ki, bu barədə "Iran International" İslam Respublikasındakı iki mənbələrə istinadla xəbər verir.
Onların sözlərinə görə, bu hadisə iyunun 13-ü səhər saatlarında İsrailin hava zərbələrindən bir neçə saat sonra baş verib. Xameneinin ailə üzvlərinin də onunla birlikdə olduğu bildirilir.
Diplomatlardan biri iddia edib ki, əməliyyatın ilk gecəsində İran lideri aradan götürülə bilərdi, lakin o, məqsədli şəkildə sağ buraxılıb ki, İranın uranı zənginləşdirmə proqramını dayandırmaq barədə qərar vermək imkanı olsun.
“İsrailin hava zərbələri başladıqdan sonra Xameneiyə İsrailin hərbi imkanlarını real qiymətləndirməklə zənginləşdirmə proqramını dayandırmaq əmri vermək imkanı bir daha təqdim olunub”, – deyə telekanal qeyd edir.
Bildirilir ki, İsrailin bu hücumları, Xameneinin İranda heç yerdə təhlükəsiz olmayacağına dair bir xəbərdarlıq xarakteri daşıyır.
"The Wall Street Journal" qəzetinin yazdığına görə, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İsrail rəsmisi bildirib ki, ölkə hakimiyyəti İranın nüvə proqramının məhv edilməsi üçün bütün mümkün hədəfləri – o cümlədən Ayətullah Xameneini də nəzərdən keçirir. Mənbənin sözlərinə görə, İsrail Müdafiə Ordusunun zərbələri təkcə nüvə infrastrukturlarını deyil, həm də qarşı tərəfin siyasi və hərbi sabitliyini sarsıtmaq məqsədi daşıyır.
Mürtəza
Kriminal.az