kriminal.az
İsrail bu gün daha 8 İran hərçisini öldürüb - SEPAH bəyanat yayıb

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azı səkkiz hərbçisi İsrailin İranın mərkəzi əyalətindəki Xomeyn şəhərinə endirdiyi zərbələr nəticəsində həlak olub.

Kriminal.az xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı məlumatda deyilir.

"İsrailin hücumları nəticəsində Xomeyni müdafiə edən 6 SEPAH hərbçisi və iki “Bəsic” döyüşçüsü iyunun 16-da səhər saatlarında İslam dininin müdafiəsi və İranın müdafiəsi zamanı şəhid olublar", - SEPAH-ın məlumatında deyilir.

Bəyanatda deyilir ki, İsrailin Xomeynə hücumları "SEPAH-ın qətiyyətli hərəkətləri sayəsində uğurla dəf edilib".

Mürtəza
Kriminal.az

Top
0.061325073242188