kriminal.az
ABŞ-İsrail İranla bağlı tələbimizi qəbul etdi - Putin

Rusiya Prezidenti Vladimir Putin İranla bağlı mühüm açıqlamalar verib. Kriminal.az -ın məlumatına görə, o bildirib ki, ABŞ-nin prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Rusiya tərəfinin İslam Respublikasında inşa etdiyi atom elektrik stansiyalarının (AES) vurulmaması ilə bağlı qanuni tələblərini qəbul ediblər.

“Rusiya həmişə İrana dinc atom enerjisi sahəsində dəstək verib, bu ölkənin haqlarını yalnız sözlə deyil, əməldə də qoruyub”, – deyə Putin vurğulayıb.

Dövlət başçısı həmçinin dünyada gərginliyin artmasından narahatlığını ifadə edib: “Məni ən çox narahat edən odur ki, biz Üçüncü Dünya müharibəsinə doğru gedirik”.

Putin Rusiyanın və İranın eyni qüvvələrlə mübarizə apardığını da qeyd edib: “Biz eyni düşmənlərlə qarşı-qarşıyayıq”.

Kriminal.az

Top
0.064949989318848