kriminal.az
Tunisin keçmiş prezidenti 22 il müddətinə azadlıqdan məhrum edilib

Tunis məhkəməsi keçmiş prezident Moncef Marzoukini qiyabi olaraq 22 il həbs cəzasına məhkum edib.

Kriminal.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Tunisin hazırkı prezidenti Kays Saidə müxalif olan Moncef Marzouki dövlətə xəyanətdə ittiham olunur.

Parisdə mühacirətdə olan 79 yaşlı Marzouki hökmü etibarsız hesab edib: "Mən o hakimlərə deyirəm; hökmləriniz etibarsızdır. Siz tezliklə mühakimə olunacaqsınız. Demokratiya qayıdacaq" .

Marsouki 2011-2014-cü illərdə hakimiyyətdə olub.(Teleqraf)

Top
0.05945611000061