İran son 5 ildə sui-qəsdlər, hücumlar və siyasi şoklarla sarsılıb.
Kriminal.az NTV-yə istinadlaxəbər verir ki, son illər İran həm daxili dinamikasında, həm də regional münasibətlərində dərin təlatümlər yaşayıb.
Odur ki, 2020-ci ildən bəri İranı zəiflədən hadisələrin siyahısını təqdim edirik
2020-ci il, 3 yanvar
İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasim Süleymani ABŞ-nin hava hücumu nəticəsində öldürülüb.
Eyni hücumda İraqdakı şiə milis qruplarının çətir təşkilatı olan Həşd əl-Şaabinin sədr müavini Əbu Mehdi əl-Mühəndis də öldürülüb.
Pentaqon hücumun ABŞ prezidenti Donald Trampın göstərişi ilə həyata keçirildiyini açıqlayıb, Tehran isə sui-qəsdi “açıq müharibə elanı” kimi qiymətləndirib.
2022-ci il, 16 sentyabr
22 yaşlı Məhsa Əmini hicab qaydalarına əməl etmədiyi üçün Tehranda saxlanılması, həbsdə olarkən döyüldüyü üçün komaya düşərək ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.
Qadınların rəhbərlik etdiyi etirazlar qısa zamanda geniş yayılmış rejim əleyhinə hərəkata çevrilib.
2023-cü il, 7 oktyabr
İranın siyasi, maliyyə və hərbi dəstək göstərdiyi HƏMAS İsraildə festivala hücum edib. İsrail hökuməti hücumdan sonra “müharibə vəziyyəti” elan edib. Qəzzaya havadan intensiv bombardmanlar başlayıb.
İsrail ordusu faktiki olaraq Qəzzanın şimalını işğal edib. Prosesdə minlərlə fələstinli mülki vətəndaş həyatını itirdi; infrastrukturu böyük ölçüdə məhv edilib.
2024-cü il, 1 aparel
İsrail İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hava zərbəsi endirib.
Hücum nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin yüksək vəzifəli şəxsi briqada generalı Məhəmməd Rza Zahedi və 7 İran rəsmisi həlak olub.
2024-cü il, 19 may
İran prezidenti İbrahim Rəisini daşıyan helikopter Azərbaycandan rəsmi səfərdən qayıdarkən dağlıq ərazidə qəzaya uğrayıb.
Qatı duman səbəbiylə axtarış işləri saatlarla davam edib, qalıqları yalnız ertəsi gün tapılıb. Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bəzi rəsmilər ölüb.
Qəzaya səbəb kimi “hava şəraiti” göstərilsə də, bölgədə artan təhlükəsizlik təhdidlərinə görə hadisə “şübhəli” hesab edilib.
2024-cü il, 31 iyul
HƏMAS lideri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün getdiyi Tehranda öldürülüb.
Ziyarət edən heyətlər üçün təhlükəsizlik tədbirlərinə baxmayaraq həyata keçirilən hücum İran kəşfiyyatının hədəf alınması idi və baş verənlər kəşfiyyatın zəifliyi kimi şərh edilib.
2024-cü il, 17-18 sentyabr
Livanda Hizbullah üzvlərinin rabitə vasitələri eyni vaxtda partladılıb. Hücumlar nəticəsində azı 42 nəfər ölüb, minlərlə insan yaralanıb.
2024-cü il, 27 sentyabr
Hizbullah lideri Həsən Nəsrullahın yerləşdiyi güman edilən yeraltı bunker bunkeri deşən bombalarla hədəfə alınıb. Nəsrullah komandirlərlə görüşərkən hava hücumu nəticəsində öldürülüb.
2024-cü il, 9 dekabr
Suriyada Əsəd ailəsinin rejimi müxalifətin cəmi 12 gün ərzində böyük şəhərləri ələ keçirməsindən və paytaxt Dəməşqə daxil olmasından sonra çöküb.
İranın 4000-dən çox qüvvəsi Suriyadan çıxarılıb.
2025-ci il, 13 iyun
İsrail İrana hücum edib.
2025-ci il, 22 iyun
ABŞ İranın uranı zənginləşdirdiyi üç nüvə obyektini vurub.
B-2 bombardmançıları ilə həyata keçirilən hücum nüvə fəlakəti ssenarilərini gündəmə gətirib.
Billurə Yunus