kriminal.az
İsraildən 250 amerikalı təxliyə edilib

Şənbə günündən bəri ABŞ Dövlət Departamenti təxminən 250 amerikalı və onların yaxın ailə üzvlərinin İsraildən çıxmasına kömək edib.

Kriminal.az "NBC News"a istinadla xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat verib.

Bildirilib ki, amerikalılar və onların ailə üzvləri Yunanıstan, İtaliya və Kiprə həyata keçirilən yeddi reyslə ölkəni tərk ediblər.

Bundan əlavə, Dövlət Departamenti 13 iyun tarixində bəyan edib ki, dövlət qulluqçuları və təcili yardım əməkdaşı olmayan yaxın ailə üzvləri ölkəni tərk edə bilərlər. 

İsrail və qonşu bölgələrdə Dövlət Departamenti tərəfindən verilmiş “səyahət etməyin” xəbərdarlığı isə qüvvədədir.

Həmidə İbrahimova

Top
0.061583995819092