kriminal.az
Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb. 

Kriminal.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında baş verib.

2009-cu il təvəllüdlü Məleykə Məmmədova xəstəxanaya müraciət edib. Həkimlərin müayinəsindən sonra ona boğaz ətinin əməliyyat olunması məsləhət görülüb və o, əməliyyat olunub. Yeniyetmə qız əməliyyatdan üç gün sonra xəstəxanada vəfat edib.

Hadisə ilə bağlı TƏBİB-dən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, iyunun 23-ü 2009-cu il təvvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub. 

Əməliyyatdan sonra xəstə tam ayılmış və adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və zəruri tibbi yardımlar göstərilib. 

İyunun 26-da pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:35 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib.

Top
0.063004016876221