kriminal.az
Qırğızıstan Prezidenti Azərbaycana səfər gəlib

Qırğızıstan Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.

Kriminal.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Sadır Japarovu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Top
0.06131911277771