kriminal.az
Şəkidəki əmlak kompleksi hərraca çıxarılacaq

Avqustun 5-də, saat 10:00-da qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki rayonunun Daşüz kəndində yerləşən əmlak kompleksinin satışı ilə bağlı hərrac keçirəcək.

Kriminal.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin tabeliyində olan müəssisənin ümumi faydalı sahəsi və özəlləşdirilən torpaq sahəsi 100 min kv.m.-dir. Əmlakın ilkin satış qiyməti 1 milyon manatdır. Bunun 10 %-i və yaxud 100 min manatı beh kimi ödənilməlidir.

Hərrac Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A ünvanında olacaq. Əlavə məlumatları Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzindən və Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən almaq olar.

Top
0.074860095977783