kriminal.az
Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana göndərilir

Kiyevdə cəmləşən Ukraynanın müxtəlif vilayətlərində müharibədən əziyyət çəkən ailələrin uşaqları növbəti dəfə Azərbaycana reabilitasiyaya göndərilir.

Kriminal.az "Report"a istinadla xəbər verir ki, müharibənin əvvəlindən Azərbaycanın Ukraynadakı səfirliyinin vasitəsilə həyata keçirilən bu humanist aksiyanın davam edəcəyi bildirilir.

Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Fərid Babayev bildirib ki, artıq üç ildən çoxdur ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə müharibədən zərər çəkmiş ukraynalı uşaqlar qəbul edilir, onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək göstərilir. F. Babayev bildirib ki, bu müddət ərzində 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.

Təşkilat mərkəzinin nümayəndəsi Anjela Kravçenko bildirib ki, bu gün Azərbaycana 30 nəfər azyaşlı uşaq göndəririlir:

"Bu, Ukrayna Milli Qvardiyası və Milli Polisinin müharibədən əziyyət çəkmiş əməkdaşlarıının uşaqlarıdır. Bu müharibə müddətində Azərbaycana reabilitasiyaya göndərilən 6-cı partiyadır. Hazırda göndərilən uşaqlar 6 yaşdan 16 yaşa qədərdirlər. Bizi qəbul edən Azərbaycana uşaqlarımızın bərpası, onların parlaq emosiyaları üçün təşəkkür edirik. Gələcəkdə yeni dəvətə görə də təşəkkür edirik. Səmimi təşəkkürümüzü bildiririk".

Valideynlərdən Oksana Litvinenko deyib ki, bu gün uşağını yola salır:

"Mənim ərim hərbçidir, ailəmiz əziyyət çəkir. Uşağımızı Azərbaycanın sayəsində reabilitasiyaya göndəririk. Dünyanın ən təhlükəsiz yerinə göndəririk. İstəyirik ki, uşağımız psixoloji bərpa olunsun, narahatlıqlardan, uşaqlara vurulan bu daimi hərbi zərərlərdən dincəlsin. Azərbaycana böyük təşəkkürümü bildirirəm və buna minnətdaram".

Top
0.061904907226562