kriminal.az
Ukraynanın yeni müdafiə naziri kim olacaq?

Ukraynanın Baş naziri Denis Şmıqal müdafiə naziri postunu tuta bilər.

Kriminal.az xəbər verir ki, bunu ukraynalı deputat Aleksey Qonçarenko deyib.

O bildirib ki, rəqəmsal transformasiya naziri Mixailo Fedorov və Şmıqal namizədlər arasındadır.

Qeyd edək ki, Ukraynanın hazırkı müdafiə naziri Rüstəm Umerov Ukraynanın ABŞ-dakı yeni səfiri təyin edilə bilər.

Top
0.06439995765686