2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Kriminal.az -a bildirilib ki, elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.
Kriminal.az tələbələrin yerdəyişməsi ilə bağlı proses barədə məlumatı təqdim edir:
Tələbələrin yerdəyişmə prosesi ardıcıl olaraq iki mərhələdən-7 günlük və 20 günlük mərhələlərdən ibarət olacaq. 7 günlük mərhələdə tələbələr tərəfindən elektron müraciətlər formalaşdırılacaq. Müraciətlər əsasında sənədlər ilkin yoxlamadan keçəcək. 20 günlük mərhələdə isə sənədləri qaydasında olan müraciətçilərin ərizələri icraata alınacaq və təhsil müəssisəsi tərəfindən yekun qərar veriləcək. Tələbələr müraciət etdiyi zaman Bu zaman onlara belə bir bildiriş göndəriləcək: “Hörmətli tələbə sizin elektorn müraciətinizə təhsil müəssisəsi tərəfindən müsbət rəy verildikdən sonra bu rəyi yekundə “təsdiq edirəm” düyməsini sıxaraq təsdiqləməsiniz müraciətiniz qüvvədən düşəcək". Bu bildiriş 20 günlük mərhələnin sonunda təhsil müəssisəsinin veridyi yekun qərarı tələbənin 3 gün ərzində təsdiq etməsinin vacibliyini, əks halda müraciətin avtomatik ləğv olunacağı ilə bağlıdır. Müraciətdən sonra təhsil müəssisəsi tərəfdən tələbəyə iki bildirişdən biri göndərilir: mənfi və ya müsbət. Mənfi rəy olduqda tələbə 7 gün ərzində yenidən sənədlərini qaydaya salaraq müraciət edə bilər. Müsbət cavab verilib müraciət icraata götürüldükdə tələbə yekun qərarı gözləyir. Növbəti 20 gündə təhsil müəssisəsi protokola uyğun hazırlanmış köçürməyə dair yekun qərarı tələbinin elektorn kabinetinə göndərir. Yekun qərarda tələbəyə yaranacaq kredit borcu, təhsil haqqı və digər məlumatlar qeyd olunur. Tələbə təhsil müəsisəsinin qərarını 3 gün ərzində təsdiq və ya imtina etməlidir. Nəticələr elan edildikdən sonra imtina almış tələbələr iki iş günü ərzində apellyasiya üçün müraaciət edə bilərlər.