kriminal.az
Səbir daşı olan bürclər: Başlarına nə gəlsə də, səsləri çıxmır - SİYAHI

Astrologiyada bəzi bürclər var ki, cəld qərarlar verir və impulsiv reaksiya verir. Bəziləri isə həyatın fırtınaları qarşısında soyuqqanlılığını qoruyur, emosiyalarını boğur, səbri ilə ətrafdakılara nümunə olur.

Kriminal.az “Posta” qəzetinə istinadla ən səbrli bürcləri təqdim edir:

Oğlaq

Səbir = strategiya + dözümlülük

Oğlaqlar səbrin zirvəsindədirlər. Həyatda heç bir uğurun asan gəlməyəcəyini bilirlər və buna görə də qətiyyətli, planlı və nizam-intizamlıdırlar. Onların çətinliklərə dözümlülüyü kifayət qədər yüksəkdir. Böhran vaxtlarında belə, panikaya düşmürlər; rasional həllər yaradırlar.

Onlar “Gələcəyin mükafatı üçün bu günün çətinliklərinə dözəcəyəm” fəlsəfəsi ilə yaşayırlar.

Qız

Səbir = detal yönümlü + xidmət etmək arzusu

Qız bürcü səbirlidir, çünki onlar mükəmməlliyə meyllidirlər. Səbirlə səhvləri düzəltməyə və hər şeyi yaxşılaşdırmağa çalışırlar. Onlar insan münasibətlərində anlayışlıdırlar; başqalarını düzəltməkdənsə, maarifləndirməyə üstünlük verirlər. Xüsusilə ailə və iş mühitində səbrin təcəssümü olaraq görülürlər.

Qız “Heç kim hiss etməsə də, xırda şeyləri düzəltməyə çalışacağam” deyənlərin bürcüdür.

Buğa

Səbir = balans + rahatlıq axtarışı

Buğa səbirlidir, çünki dəyişiklikləri sevmir. Sabit, sakit və dinc mühitlərə üstünlük verir. Qərar qəbul etmək üçün vaxt lazım ola bilər, lakin qəbul edildikdən sonra asanlıqla fikrindən daşınmaz. Həm də münasibətlərdə son dərəcə səbirli və sadiq bir bürcdür. Tez əsəbləşmir, amma səbrini itirirsə, qəzəbindən qaçmaq lazım gəlir.

“Sakitəm, çünki narahatçılıq məni yorur” düşüncəsi ilə hərəkət edirlər.

Balıqlar

Səbir = empatiya + emosional dərinlik

Balıqlar emosionaldır, bəli, lakin onlar da çox dözümlüdürlər. Sevdikləri üçün dözə bilməyəcəkləri heç nə yoxdur. Anlayışlı xarakteri onları səbirli edir. Çətinliklər qarşısında özünə qapanmağı üstün tutsalar da, səbirlə həll yollarını gözləyirlər və münaqişə və mübahisələrdən qaçırlar.

“Hər kəsin bir səbəbi var” inancı ilə empatiya quraraq, səbirli olmağı seçirlər.

Billurə

Top
0.063996076583862