kriminal.az
Quterreşdən İsrailin Suriyaya hücumlarına REAKSİYA

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin Suriya ərazisinə endirdiyi hava hücumlarını pisləyib, ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasına son qoymağa çağırıb.

Kriminal.az ” xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, Baş katib İsrailin Əs-Suveyda, Suriyanın paytaxtı Dəməşqə artan hava hücumlarını, həmçinin Colan təpələrində qüvvələrini yenidən yerləşdirilməsi barədə məlumatı pisləyir.

“O, Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı bütün pozuntulara dərhal son qoymağa çağırır”.

Top
0.070626020431519