kriminal.az
Məscidin qarşısına siçanlar buraxan şəxs cəzalandırıldı

İngiltərədə məscidin qarşısına siçan qoyan şəxs cəzalandırılıb.

Kriminal.az NTV-yə istinadla xəbər verir ki, hadisə Şeffild şəhərində baş verib.

Yerli mətbuatın məlumatına görə, 66 yaşlı Edmund Fouler may-iyun ayları arasında dörd dəfə Şeffild Böyük Məscidinin qarşısında siçanlarla dolu qəfəslər qoyub.

Təhlükəsizlik kamerası görüntülərində Foulerin avtomobilinin baqajından qəfəsləri çıxararaq onları məscidin girişində qoyduğu, daha sonra siçanların bütün əraziyə yayıldığı görünür.

Şeffild Sülh Məhkəməsində çıxış edən Fauler "irqi motivli təqib" ittihamlarını boynuna alıb.

Ona 18 həftəlik həbs cəzası verilsə də, 18 ay təxirə salınıb.

Həmçinin müttəhimə 18 ay müddətində hər hansı məscidə yaxınlaşmaq qadağan edilib.

Billurə
 

Top
0.062995195388794