kriminal.az
Atlantaya uçan sərnişin təyyarəsi havada alovlandı - VİDEO

ABŞ-də uçuş zamanı sərnişin təyyarəsinin mühərriklərindən birində yanğın baş verib.

Kriminal.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.

Məlumata görə, "Delta Airlines" aviaşirkətinə məxsus "Boeing 767-400" tipli təyyarənin Los-Ancels Beynəlxalq Aeroportundan havaya qalxdığı vaxt baş verib.

Atlantaya uçmalı olan təyyarənin mühərriklərindən birində alovlanma qeydə alınıb.

Pilotlar dərhal qərar verərək təyyarəni Los-Ancels aeroportuna geri qaytarıblar. Ehtiyat tədbiri olaraq həyata keçirilən eniş uğurla başa çatıb və sərnişinlər arasında xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.(Milli.Az)

Top
0.064812183380127