kriminal.az
Tramp Epşteynlə 15 illik dostluğuna niyə son qoyub?

ABŞ prezidenti Donald Tramp və uşaqlara təcavüzdə ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteyn 15 ilə yaxın dost olublar. Musavat.com xəbər verir ki, “The New York Times” onların münasibətləri haqqında geniş materialla çıxış edib.

Kriminal.az xəbər verir ki, Tramp və Epşteyn təxminən 1990-cı ildə, Epstein Trampın Floridadakı Mar-a-Laqo malikanəsinin yaxınlığında ev aldıqda tanış olublar. Onlar müntəzəm olaraq ünsiyyət qurur, bir-birlərini ziyarət edir, modelləri dəvət etdikləri şənliklər və şam yeməyi təşkil edirdilər. Dostluq təxminən 2004-cü ildə sona çatıb, münaqişənin səbəbi həm Tramp, həm də Epsteynin Florida ştatındakı Palm Beach-də okean sahilindəki malikanəni almaq istəyi olub. Tramp bu mübahisədən qalib çıxıb, mülkü 41 milyon dollara alıb.

Nəşrin yazdığına görə, Trampın özü daha sonra ətrafına bildirib ki, Epşteyndən uzaqlaşmaq üçün başqa səbəb var - o, Mar-a-Laqo klubunun üzvünün qızı ilə nalayiq davranıb.

Epsteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar 2002-2005-ci illər arasında onun Manhettendəki evinə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın ziyarətini təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epsteynin dostları və tanışları arasında təkcə ABŞ-da deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları var idi. Maliyyəçinin ABŞ-da cinayət təqibi 10 avqust 2019-cu ildə həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.(musavat.com)

Top
0.063915014266968