kriminal.az
Usikin həyat yoldaşından emosional paylaşım

Ukraynalı boksçu Aleksandr Usikin həyat yoldaşı Yekaterina sosial şəbəkədə ərinin Daniel Dyubua üzərində qələbəsinə həsr olunmuş emosional paylaşım edib.

Bazar günü, iyulun 20-də Usik Dyubuanı nokaut edib və ağır çəkidə şəksiz dünya çempionu olub.

Kriminal.az xəbər verir ki, Yekaterina yazıb:

“Çempionum. Qəhrəmanım. Qürurum. Gündən-günə bu qələbəyə necə getdiyini gördüm. Nə qədər zəhmət, nə qədər güc, nə qədər inam.

Sən əsl döyüşçüsən. Sən bizim uşaqlarımız, Ukrayna, bütün dünya üçün nümunəsiniz. Sənə görə Allaha şükür edirəm. Gücün, sevgin, ən çətin anlarda belə işıq olaraq qaldığın üçün sənə təşəkkür edirəm.

Mən səninlə sonsuz qürur duyuram. Mən səni sonsuz sevirəm. Qələbəni təbrik edirəm, sevgilim”.(publika)

Top
0.058079957962036