Şotlandiyalı hokkeyçi Qari Kelli faciəvi şəkildə dünyasını dəyişib.
Kriminal.az xəbər verir ki, 19 yaşlı idmançı qaldığı hotelin eyvanından yıxılıb. O, yerindəcə həyatını itirib.
Qeyd edək ki, Kelli Şotlandiya Milli Liqasında "Dandi Rokets", "Aberdin" və "Dandi Stars" komandalarında çıxış edib. Ötən mövsüm o, 13 oyunda 17 xal (10 qol və 7 məhsuldar ötürmə) toplayıb.(Axşam.az)