Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, M.Talışxanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həşimov Anar Soltanağa oğluna məxsus “Göyərçin” kafesində yoxlama keçirib.
Bu barədə Kriminal.az -a AQTA-dan məlumat verilib.
"Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb", - məlumatda deyilib.