ABŞ prezidenti Donald Tramp İranı HƏMAS-la danışıqlara müdaxilə etməkdə günahlandırıb.
Kriminal.az APA-ya istinadən xəbər verir ki, ABŞ liderinin fikrincə HƏMAS və İsrail arasında girovların azad edilməsi ilə bağlı Qətərdə keçirilən danışıqlara İran müdaxilə edib.
“Məncə onlar bu danışıqlara qarışıblar. Onlar HƏMAS-a əmrlər və siqnallar veriblər. Bu yaxşı hal deyil”, - Tramp qeyd edib.
O, İranın uran zəginləşdirməsi prosesinə başlayacağı təqdirdə, ABŞ-ın yenidən İrana hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib.