kriminal.az
Dağıstanda çəyirtkələrin hücumu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Rusiyanın Dağıstan Respublikasının şimalında çəyirtkələrin kütləvi hücumu qeydə alınıb.

Kriminal.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntü "Mash Gor" "Telegram" kanalında dərc edilib.

Kadrlarda çəyirtkələrin avtomobilin ön şüşəsinə çırpıldığı və görməni məhdudlaşdırdığı əks olunub.

Qeyd olunur ki, hazırda Dağıstanın dörd rayonunda çəyirtkələrin hücumu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Top
0.063287019729614