İstanbulda meşəlik ərazidə yol kənarında başına qara torba keçirilmiş kişi cəsədi aşkarlanıb. Meyitin üzərində rus dilində yazılmış qeyd tapılıb.
Kriminal.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Gənc kişiyə aid meyitin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb.
Hadisə yerində aparılan ilkin ekspertiza və prokurorun iştirakı ilə həyata keçirilən araşdırmadan sonra cəsəd Məhkəmə Tibb Ekspertizası Qurumuna təhvil verilib.
Faktla bağlı istintaq davam edir.