Müğənni Keti Perri nişanlısı Orlando Bloomdan ayrıldıqdan sonra Kanadanın keçmiş Baş naziri Castin Trüdo ilə görüntülənib.
“Kriminal.az ” xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Cütlük Monrealdakı restoranlardan birində nahar edərkən kameralara tuş gəlib. Müğənni ilə siyasətçi romantik şəkildə söhbət edərək kokteyl içiblər. Onlar bu isti görüntülərini hələlik şərh etməyiblər.
Xatırladaq ki, bir müddət öncə nəşr Keti Perri və aktyor Bloomun doqquz illik münasibətdən sonra ayrıldığını yazmışdı.(qafqazinfo)