kriminal.az
İsrailin Krallığa cavabı gecikmədi

İsrail Böyük Britaniyanın baş naziri Kir Starmerin Fələstin dövlətini tanımaq planları ilə bağlı açıqlamasını rədd edib.

Kriminal.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İsrail Böyük Britaniyanın baş nazirinin bəyanatını rədd edir. Fransanın hərəkətləri və daxili siyasi təzyiqlərdən sonra Britaniya hökumətinin mövqeyinin dəyişməsi indi HƏMAS üçün mükafatdır. Bu, Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə olunması səylərinə zərər verir", - rəsmi açıqlamada bildirilib.

Bundan əvvəl Starmer bildirmişdi ki, İsrail Qəzza zolağına humanitar yardımın daşınmasına mane olmağa davam edərsə və anklavda hərbi əməliyyatı dayandırmazsa, Böyük Britaniya BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasına qədər Fələstin dövlətini tanımağa hazırdır.

Top
0.069921016693115