"Taliban" hərəkatının rəhbərlik etdiyi Əfqanıstan BMT-ni tənqid edib.
Kriminal.az xəbər verir ki, buna səbəb BMT-nin yeni hakimiyyət nümayəndələrinin ölkəni təmsil etmələrinə icazə verməməsidir.
"BMT neytral təşkilat olaraq qalmalı idi. Lakin o, indi öz səmərəliliyini və müstəqilliyini itirərək, Qərbin siyasi gündəliyinin tələblərini yerinə yetirir", - deyə Əfqanıstanın nümayəndəsi Zəbihullah Mücahid vurğulayıb.
Mücahid, həmçinin xatırladıb ki, hazırda Kabil BMT-də əvvəlki hökumətin təyin etdiyi diplomat Nasir Əhməd Faiq tərəfindən təmsil olunur:
"O, hansı prinsiplər və protokollar əsasında hərəkət edir? Onun daxili legitimliyi yoxdur və Əfqanıstan xalqını təmsil etmir".