UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşan “Zirə” məğlub olaraq mübarizəni dayandırıb.
Split şəhərindəki “Polyud” stadionunda keçirilən qarşılaşmada ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Hesabı "Hayduk" açıb. Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində adını tabloya yazdıran İssa Cibrilla hesabı bərabərləşdirib - 1:1.
Görüşün əsas vaxtı bu hesabla başa çatıb və matçda hərəsi 15 dəqiqədən ibarət iki hissə oynanılıb.
"Hayduk"un heyətində 93-cü dəqiqədə Yassin Benrahu komandasının qələbə qolunu vurub.
Xatırladaq ki, Bakıdakı 8-ci kilometr stadionunda keçirilən ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) - “Zirə” görüşündə ikinci qol vurulub.
Split şəhərindəki “Polyud” stadionunda keçirilən matçda Bakı klubu hesabı bərabərləşirib - 1:1.
90+3-cü dəqiqədə İssa Cibrilla rəqib komandanın qapısına yol tapıb.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçirilən “Hayduk” (Xorvatiya) - “Zirə” görüşündə hesab açılıb.
Qarşılaşmada ilk qolu meydan sahibləri vurub.
Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Hayduk” (Xorvatiya) - “Zirə” görüşü start götürüb.
“Kriminal.az ” xəbər verir ki, qarşılaşma Split şəhərindəki “Polyud” stadionunda keçirilir.
Görüşü italiyalı referi Luka Payretto idarə edir. Tərəflər arasında Bakıda baş tutan ilk matçda heç-heçə qeydə alınıb - 1:1.