Bir neçə gün əvvəl BBC-nin saytında həmmüəllifləri Məhərrəm Zeynalov və Qriqor Atanesyan olan ("şirin cütlük"dür, elə deyilmi?) "Qaz müqabilində insan hüquqları? Aİ-ni Azərbaycanla münasibətlərə görə tənqid edirlər" başlıqlı məqalə dərc olunub.
Kriminal.az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan növbəti süjetdə bəhs edilir.
"Məqalənin məzmunu üzərində ətraflı dayanmayacağıq - o, buna layiq deyil. Bir də ki, arzu edən hər kəs onunla sərbəst tanış ola bilər, əgər təbii ki, sona qədər oxumağa səbri çatsa. Belə demək mümkündürsə, "Ermənistan-Azərbaycan yaradıcılığı"nın əsas qayəsini bir cümlə ilə ifadə etmək olar: "Azərbaycan təbii ki, Avropa İttifaqının xüsusən enerji sahəsində mühüm tərəfdaşdır, lakin onun hər şeyə kölgə salan günahı var, məhz insan hüquqları, müstəqil jurnalistlərin təqib edilməsi, Qarabağda etnik təmizləmə və mövcud hakimiyyətin avtoritarizmi".
Bilirsiniz, əgər kimsə bizə bu əsas qayəni əvvəlcədən desəydi, biz o məqaləni oxumağa belə başlamazdıq. Heç üzünü də açmazdıq. Son 30 ildə bütün bu zibilləri kifayət qədər görmüşük. Amma məqalə gözümüzə təsadüfən dəydiyindən və onu sona qədər oxumağa güc topladığımıza görə, birincisi, ömrünüzün bir neçə dəqiqəsini onu oxumağa sərf etməməyi (həqiqətən buna dəyməz), ikincisi, onun həmmüəlliflərinə (eləcə də onların arxasında duran şəxsə, lakin onun barəsində bir qədər sonra) bir sıra suallarla müraciət etməyi məsləhət görərdim.
Qulaq asın, Aydan gəlmisiniz? Hansı əsrdə yaşayırsınız? Son 5 ildə dünyada, o cümlədən bizim regionda hansı dəyişikliklərin baş verdiyini görmürsünüz? Yatıb qalmısınız?", - deyə materialda bildirilir.
Ətraflı videoda: