kriminal.az
Rayonlarda nəzarət artır? - Erkən nikahla bağlı ağır cəza təklifi

"Erkən yaşda qızların ərə verilməsi son aylar bir neçə dəfə təkrarlanıb. Qanunda bununla bağlı nəzərdə tutulan məsuliyyət var. Bəlkə buna yenidən baxaq. Ya sərtləşdirək, ya da başqa formasını işləyib hazırlayaq".

Kriminal.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat İlham Məmmdov deyib.

"Erkən yaşda qızların ərə verilməsinə meyilli olan bölgələrdə profilaktik tədbirlər aparılması üçün işlər görülsün", - deyə deputat bildirib.

Komitə sədri Hicran Hüseynova da deputat İlham Məmmədovun bu təklifini dəstəkləyərək bildirib ki, bizdə məişət zorakılığı ilə bağlı mütərəqqi qanunlar var və bu qanunları hətta bəzi xarici ölkələr tərəfindən Azərbaycan praktikası öyrənilirdi. “Amma son vaxtlarda bu sahədə müəyyən çatışmazlıqlar var. Hesab edirəm ki, qanunların sərtləşdirilməsi istiqamətində dəyişikliklərə ehtiyac var”, - o vurğulayıb.

Mürtəza

Top
0.063287019729614