kriminal.az
Xətai sakinləri Vilayət Eyvazovdan kömək istəyir ŞİKAYƏT

Ötən il mühafizəçinin müştərini döyərək öldürdüyü, iş adamı Ceyhun Həsənova məxsus "Beerlin Pub" klubu fəaliyyətini yenə öz ampulasında davam etdirir.

Ölkə qanunlarına meydan oxuyan "Beerlin Pub"ın sahibi kütləvi davaların, ictimai asayişin tez-tez pozulduğu məkanla Xətai sakinlarini artıq bezara gətirib.

Korrupsiya.az bildirir ki, obyektin yerləşdiyi yaşayış binasının sakinləri Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına media vasitəsi ilə müraciət ünvanlayıb.
Müraciətin mətni:

Hörmətli! Cənab nazir Vilayət Eyvazov,sizin biz vətandaşlara hər zaman diqqətiniz, şikayətlərimizi yerindəcə araşdırılıb operativ tədbir görülməsində rolunuz danılmaz və əvəz edilməzdir.

İnanıq ki, sizə ünvanladığımız bu müraciət sizin göstərişiniz nəticəsində birdəfəlik öz həllini tapacaq.

Bildirmək istəyirik ki, biz ôz evimizdə, ailəmizlə, uşaqlarımızla rahat yaşaya bilmirik.Yaşayışımıza bir başa mane olan "Beerlin Pub" klubunun rəhbərliyidir.Demək olar ki, hər gün axşam saatlarından tam gecə saatlarına qədər obyektin qabağında dava düşür, küçə söyüşləri söyülür, yüksək tonla musiqi isə bir başa evimizin içərisindədir. Cənab nazir təəssüflər olsun ki, ölən öldü, tutulan tutuldu, amma obyektin rəhbərliyi hələ də öz bildiyini edir.

Hər bir valideyn kimi bizimdə arzumuz  cəmiyyətimizə, dövlətimizə sağlam övlad böyüdüb bəxş etməkdir, amma təəssüflər olsun ki, kimlərəsə güvənib yaşayış binasının altinda "Pub"adı altında klub kimi fəaliyyət göstərən bu obyektin sahibi,bizi cəmiyyətə dövlətimizə sağlam əsgər sağlam övlad böyütmək arzumuzu ürəyimizdə qoyur.

Ona görə ki, hər gün axşam yüksək səslə deyilən küçə söyüşlərı,yüngül həyat tərzi sürən bəzi qadınların yaşam tərzi, sərxoş müştərilərin mənzərəsi bir başa evimizin gözümüzün qarşısında baş verir Bu məzərənin təşkilatçısı bir başa "Beerlin Pub"ın sahibidir.

Biz bina sakinləri sizə ümid edib şikayətimizi bildiririk ki, bizi bu bəladan xilas edin.

Dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsək də, müraciətimiz elə müraciət formasındada qalır dəyişən heç bir şey yoxdur.Dəyişən bir mənzərə var oda ki, hər gün təkrarlanan küçə söyüşləri dəyişən yüksək tonlu musiqi səsləri,və dəyişən sərxoş müştərilər.
Cənab Nazir dəfələrlə olub ki, bu klubdan çıxan müştərilər biz sakinlərin gözü qarşısında polis əməkdaşlarına  tabesizlik göstərib hətta aralarında polis əməkdaşlarına müqavimət göstərənləridə görmüşük.Bu hallar biz bina sakinlərinin dəfələrlə gözü qarşışında baş verir."Beerlin Pub" klubunun rəhbərliyi barədə ölçü götürülməlidir ki, biz öz evimizdə rahat yaşaya bilək.

Hörmətlə: Xətai rayonu Xocalı pr 14 ünvanında yaşayan bina sakinləri

Sakinlər "Korrupsiya.az" informasiya agentliyinə müraciət edərək bildiriblər ki, 09 yanvar 2022 ci il gecə saatlarında yenə "Beerlin Pub" müştəriləri arasında söyüşlü küçə davaşı baş verib,görüntüləri mobil telefonuna qeydə alan bina sakini görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Jurnalist araşdırması edərkən məlum oldu ki, "Pub" adı altında fəaliyyət göstərən bu klub haqqinda ölkə mediasında dəfələrlə faktlarla yazılar dərc edilib video görüntulər paylaşmağına baxmayaraq hələdə "Beerlin Pub"klubuna  dur deyən yoxdur!

"Beerlin Pub" klubunun rəhbəri Ceyhun Həsənov Bakıda restoranlar, "pub"lar və "cinemaclub"lar şəbəkəsinə malikdir.

Xatırladaq ki, tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazov müştəri Vüqar Mustafayevi döyərək öldürüb. Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib

Mövzunu diqqətimizdə saxlayacaqıq!

Top
0.043807029724121