kriminal.az
Hacıbaba Əzimovun qaranlıq yolu: Geriyə baxma qoca!

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il martında parlamentin yeni tərkibini təbrik edərkən etdiyi çıxışdan sonra xüsusi vüsət alan siyasi açılım, dialoq prosesi 1990-2000-ci illərin təlatümlü hadisələrinin üzə çıxarıb sonra da unutdurduğu siyasi qrup və fiqurlara yenidən üzə çıxma, cəmiyyətə faydalı olma imkanları tanıdı.

İnsafən yaradılmış fürsətdən ölkə siyasətində yenidən iştirak etmək, dövlətə, cəmiyyətə faydalı olmaq üçün düzgün istifadə edənlər daha çox oldu.

Amma təəssüf ki, az sonra köhnə şakərlərini yada salanlar da oldu. Özünü 30 il əvvəl müstəqilliyini yenidən bərpa prosesinin əsas təşəbbüskarı, zəmanəmizin Rəsulzadəsi kimi təqdim etməkdən usanmayan, dedyinə görə haqqı tapdanan “istiqlalçı” deputat, Vahid Azərbaycan Milli Partiyası deyilən, hələ ki rəsmi qeydiyyatlı siyasi qrupun rəhbəri Hacıbaba Əzimov da sonunculardandır. Bir az siyasi tərcümeyi- halını yada salaq. H. Əzimov SovİKP tarixi üzrə tədqiatçı idi; Bakı Kommunasının, Şaumyanın fəaliyyəti üzrə ixtisaslaşmışdı, elmi rəhbəri də Rusiyada bolşevik tarixi üzrə tanınmış mütəxəssislərdən biriydi. 

Adətən , sovet ali məktəblərinin komsomol fəallarına belə rahat mövzular verilər, cəmiyyətə alimlik dərəcəsi ilə  ictimaiyyəti yönləndirmək üçün hazırqəlib ziyalılar təqdim edilərdi. Onların dövrə adəptə qabiliyyətləri də yüksək olardı. Yeni dövrün yeni imkanlar  gətirəcəyini hiss edən bolşevik mətbuatı müətəxəssisləri, “şaumyanşünaslar” sürətlə yeni dalğadan geri qalmamaq üçün sövet dövrünün “ağ ləkələri”ndən, tarixin qaranlıq səhiflərindən bir-birilərindən copy paste yolu ilə məqalələr dərc etməyə başladılar.

Şaumyanşünas H. Əzimov da 90-cı il yanvarından sonra Cümhuriyyət dövrünə aid  bir -iki yazı qaralayır. Və mükafatsız qalmır: Mokvanın təsdiqlədiyi siyahı üzrə Azərbaycan Ali Sovetinə son “seçkili təyinat” da o de yer alırdı. Və 1991-93-cü illərdə  Moskvanın təhrikilə Azərbaycanda separatizm baş qaldıranda   cənub bölgəsindən olan ziyalıların separatçılığa qarşı yuxarıdan təşkilatlandırılması zərurəti yaranmışdı. Bu zaman Ali Sovetin deputatı, elm və təhsillə bağlı komissiyanın üzvü , Dembloka yaxın olan Hacıbaba Əzimovun namizədliyi üzərində dayanılır. Çünki Talış Xalq partiyası ilə AXC-nin Lənkəran və Astara təşkilatlarının tədricən inteqrasiyası, AXC fəallarından olan Əli Nasir, Ələkrəm Hümbətov, Fəxrəddin Abbasov, müəyyən dövrdə isə hərəkata rəğbətli bəzi cənublu ziyalıların da TXP-yə meyillənməsi müşahidə edilirdi.  

Lakin 1992-ci ilin iyunundan rəsmən qurulmağa başlanan partiya yetərili təşkilatlana, cənub zonasında TXP-yə qarşı effektiv ideoloji iş qura bilmədi. 1993-cü il Ali Sovetin TMR hadisələrinə həsr olunmuş iclasında Ali Sovetin sədri, prezident səlahiyətlərinin icraçısı Heydər Əliyev də H. Əzimova bunu irad tutmuş, “xalq gərək sizin arxanızca gedəydi, Ələkrəmlərin yox” deyə qınamışdı.

Bununla yanaşı o, TMR hadisələri vaxtı müəyyən qədər gözləmə mövqeyi tutmuşdu. Deyilənlərə görə, məqsədi universitetin açılması üçün Ə. Hümbətovdan istifadə etmək imiş. Təəssüf ki,  komsomol fəalı keçmişindən qalma hər hadisədən, hər şəxsdən istifadə edib irəli düşmə şakəri qoca professoru ömrünün ahıl çağlarında da tərk etməyib.

Bu günlər yenə də narazılıq edir, “V kolon” axtarır, “xalq düşmənlərini” bildiyi üsullarla “ifşa” edir. Bəs nədir narazılığının movtivi?

1991-ci ilin yanvarında Mütəllibovu, 92-ci ilin əvvəlli Elçibəyi, 93-cü ilin yayı Hümbətovu, payızı ata Əliyevi, 98-ci ildə Rəsul Quliyevin “inqilabi SİDSUH”-unu,  2003-cü ildə İsa Qəmbəri, 2008-ci ildə Qüdrət Həsənquliyevi, arada tez-tez İlham Əliyevi, 2013-də Milli Şuranı və namizədini, 2020-də yenidən İlham Əliyevi  dəstəkləyən, bu günsə Qubad İbadoğlunun çətiri altında günəşlənən; siyasi qütblər, fiqurlar arasında var-gəl etməkdən dabanı çatlaq olmuş şəxsin məqsədi nədir? Adam niyə 85  yaşı haqlamaqdaykən də müdrikləşə, püxtələşə bilmir, perspktiv vəd edən komsomol fəalı kimi moskvalı elmi rəhbərinin hüzuruna əli dolu çamadanla getdiyi günlərdəki kimi çılğınlıq, dəliqanlılııq edir?

Əsas narazılığı qurucusu olduğunu iddai etdiyi universitetdən uzaqlaşdırılması, Basin küçəsində sökülən geniş sahəli evinin adekvat qiymətləndirilmədiyini güman etməsi, 1990-cı ildə Moskava siyahısı üzrə deputat seçilən şəxslərin deputat təqaüdündən məhrum edilməsidir.Lakin... Əvvələn, LDU-nun qurucusu bir fərd deyil, ozamankı prezidentin fərmanı , bu iş üçün ayrılan vəsait vardı ortada. Qurucu Azərbaycan dövləti, icraçı Təhsil Nazirliyi, nazirliyin yerdəki müvafiq şöbəsi idi, icra işləri həvalə edilmiş şəxslərdən biri də o idi. Bunun səbəbləri haqda da yuxarıda bəhs edildi.

Təəssüf ki, o zaman bir çox cənublu ziyalılar Ələkrəmin təsirinə düşdüyündən dövlətin ozamankı aparatı sovet inersiyası ilə davranaraq hələ komosomol fəalı keçmişindən bəri sınaqdan çıxmış saydığı birisi kimi onu seçmişdi. Hərçənd Ələkrəmin ilk gurultusu eşidilən kimi yeni rektor ona ağ bayraq açanlardan oldu. 

1997-cü ildə LDU-dan uzaqlaşdırlmasının səbəblərinə gəlincə, üzdə olan, görünən səbəb YAP-ın qurucularından olan, o zaman Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı olduğu Dilruba Camalova ilə bitib-tükənməyən çəkişmələri, ona qarşı hər cür qüvvə ilə əməkdaşlığa getməsi olmuşdu. Hərçənd bundan sonra orda dekan, kafedra müdiri qala, ya da yenidən Bakıda Pedoqoji Universitetdə öz işinə bərpa oluna bilərdi. Amma ata Əliyevin yaşını nəzərə alan Əzimov partiyasının təmsil olunduğu iqtidaryönlü Məşvərət Məclsindən də ayrılıb müxalifətə transfer etməyi üstün tutmuşdu. Amma...1990-cı ildən fərqli olaraq bu dəfə hesabı düz aparmamışdı.

1998-də ata Əliyev ikinci dəfə prezident seçildi və Əzimovun müxalif əzabkeşliyinin müddəti uzandıqca- uzandı. Bu illər ərzində qulağı səsdə, gözü yolda idi-bəlkə, bəlkə... bəlkə yenə qaytardılar. “Bəlkə” ümidilə fövt edilən 21 il! Az müddət deyil.  Gah elçibəyçi, gah isaqəmbərçi, gah rəsulçu, gah həsənquliyevçi, gah ibarahimbəyovçu kimi itirilən illər.

Ciddi adam bu müddəti elmi fəaliyyətinin davamına həsr edər, alim tərcümeyi-halını ağ ləkədən təmizlər, elm tarixində sadəcə şaumyanşünas kimi xatırlanmamaq üçün  ortaya yeni işlər çıxarardı. Deputatı, rektoru, partiya sədri seçildiyi bölgə ilə bağlı yerli- yersiz iddialara cavab vermək əziyyətinə qatlaşardı. Axı, o bölgənin ziyalı sözünə ehtiyacı yenə də var, zabillərin,zahirəddinlərin, kəriməçilərin meydan sulamaması üçün. Fəqət bu yöndə fəaliyyəti sezilmir. Abbas Səhhət hələ 1912 də yazdığı ki, “razı olmur vəli cibişdanı”.

Onu danışdıran yalnız öz maraqlarıdır. Bakıda söküntü quruculuq işləri gedir? Demək, daha çox irəli düşmək, imkan olsa bir xalq artistinin etdiyi üçün bir mənzil üçün iki dəfə kompensasiya almaq lazımdır. Lap Mirzə Cəlilin “Quzu” novellasının əldən zirək, dildən pərgar rəncbər personajı kimi. Yooo, vermirlərsə, demək Hacıbala Abutalıbovu “V kolon”, “xalq düşməni” elan etmək lazımdır. Kimsə 1991-ci il avqustun 30-da və oktyabrın 18-də müstəqilik lehinə səs vermiş yüzlərlə deputatı deyil, məhz 1991-ci yanvarından SSRİ-nin saxlanması əleyhinə səs vermiş 43 nəfəri istiqlalçı elan edib, məhz onlara xüsusi imtiyazlar verilməsində israr edir.

Bu, Əzimovun qazanmaq əzmini qane etdiyindən mövzunu gündəmdən düşməyə qoymur. Hər il özünü Müstəqillik aktının əsl müəllifi və  az qala zəmanəmizin Rəsulzadəsi kimi  təqdim edir.  Hərçənd aktın müəllifi BDU və parlamentin hüquqşünasları idi, sifarişçi isə əlbəttə ki ozamankı hakmiyyət idi.  Bunu dediyinə, qoca professorun şişirtmələrini gün işığına çıxardığına görə isə   Şahin Əliyevi V kolon, “xalq düşməni “çıxarır.

 Onun təhrikilə bir qrup siyasətçi Azərbaycan və Türkiyə prezidentlərinə müraciət də ünvanlayırlar. 2020-ci ilin martından sonra PA-da qəbul edilir, dialoq prosesinə qoşulur, II Qarabağ savaşı zamanı ordu və Ali Baş Komandana dəstək ifadə edən bəyatlara da imza atır. Azadlıq Partiyası sədri Əhməd Orucun mediaya müsahiblərində dediyinə görə, Əzimovun özünün və yaşlı xanımın müalicəsinə, sonra  xanımın dəfninə də kömək edilir.

Amma 82 yaşda ona göstərilən diqqətdən riqqətə gələn Əzimov daha çox gözləyirdi və növbəti dəfə hesabı yanıldığını anlayan kimi, dialoq prosesindən  çəklir.  Bu dəfə Qubad İbadoğlunun “Biz” kanalından əskik olmur, işlərinə yaramayan hər kəsi də birlikdə vətən xaini elan edirlər. Bu dəfə gündəm “Siyasi partiyalar haqda” qanundur, qanunun bəzi müddəalarının sərt olacağı haqda hələ 2020-ci il martında Prezident tərəfindən edilmiş çıxışdan anlamaq olardı.“...

Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır”.  Kifayət qədər aydın  və ədalətli tələbdir. Amma nədənsə bəzi ağzıgöyçək və ağlıitilər yeni tələblərə uyğunlaşmaq, yeri gələrsə, təmərküzləşməyə getmək, ideoloji xətləri, bazaları yaxın partiyaların inteqrasiyası haqda deyil, siyasi-ticari budkalarını qorumaq haqda düşünürlər.

Və sınanmış şantajlarından da qalmır, bu dəfə düşmən siyahılaarını daha da genişləndirirlər. Amma insanlar hərdən öz keçmişlərinə baxıb şkaflarında gizlətdikləri skeletlərinin sayını yada salsınlar. O keçmişin, o tərcümeyi -halın az qala hər ilindən eyni düşmən boylanır. Və “Geriyə baxma, qoca, mən burdayam!” çığırır.

Top
0.042385101318359