kriminal.az
Türkiyədə qadın əvvəl işlədiyi gözəllik salonunu yararsız hala saldı - VİDEO

Türkiyənin şimal-qərbində yerləşən Çorlu şəhərində qadın əvvəllər işlədiyi gözəllik salonuna gələrək keçmiş müdiri ilə mübahisə edib.

Mübahisə ilə ürəyi soyumayan qadın ardınca gözəllik salonunun bütün pəncərələrini sındırıb.

Hadisə yerinə gələn polis qadını saxlayaraq idarəyə aparıb.

Qadın digər şəxsin əmlakına vurduğu ziyana görə qanun qarısında cavab verməli olacaq.

Mənbə: DHA

Top
0.23323011398315